İşəgötürənlər və işsiz şəxslər üçün məşğulluq imkanlarını genişləndirən proqram çərçivəsində sosial iş yerlərində çalışanların əməkhaqqının bir hissəsi dövlət tərəfindən maliyyələşdirilir.


“Yeni Sabah” xəbər verir ki, bu barədə “Məşğulluq bələdçisi” rubrikasında məlumat verilib.


Bildirilib ki, proqramda dövlət və bələdiyyə mülkiyyətində olan hüquqi şəxslər istisna olmaqla, azı bir ildir fəaliyyət göstərən işəgötürənlər iştirak edə bilərlər. Dominos pizza


Proqrama qoşulmaq istəyən işəgötürənlər Dövlət Məşğulluq Agentliyinin (DMA) dma.gov.az rəsmi internet səhifəsinin “Xidmətlər” bölməsində yerləşdirilən müraciət formasını doldurmalıdırlar. Müraciətlərə 10 iş günü ərzində baxılır və müvafiq qərar qəbul edilir.


Növbəti mərhələdə proqrama qoşulan işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işçi seçimi və işlə təmin olunma prosesi həyata keçirilir.


Proqramın şərtlərinə əsasən, işə qəbul edilən şəxslərin əməkhaqqının bir hissəsi 3 aydan 12 ayadək müddətə Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.


Proqram işəgötürənlərə yeni əməkdaşların cəlb edilməsi üçün maliyyə dəstəyi verir, işsiz şəxslərə isə əmək bazarına daxil olmaq və iş təcrübəsi qazanmaq imkanı yaradır.


Aytac Əliyeva



Telegram kanalımız