Azərbaycanda mis konsentratının istehsalı 5,2 dəfə artsa da, qızıl və gümüş istehsalında azalma qeydə alınıb.


Yeni Sabah xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.


Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 2 281 kiloqram qızıl və 2 813,8 kiloqram gümüş istehsal edilib. pizza hut


Ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 2,9 faiz, gümüş istehsalı isə 5,7 faiz azalıb.


Hesabat dövründə Azərbaycanda mis konsentratının istehsalı 14 494,8 ton təşkil edib. Bu, 2025-ci ilin yanvar-sentyabr aylarının göstəricisindən 5,2 dəfə çoxdur.


Oktyabrın 1-nə olan məlumata əsasən, ölkədə 251,5 kiloqram qızıl və 706,1 kiloqram gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı isə 1 536,2 ton təşkil edib.



Telegram kanalımız