"Real Madrid" öz meydanında "Sevilya"nı qəbul edib.


“Yeni Sabah” xəbər verir ki, paytaxt təmsilçisi üstün oyun nümayiş etdirərək rəqibini 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.


Oyunda hesab 30-cu dəqiqədə açılıb. Yan Diomandenin məhsuldar ötürməsini Arda Gülər dəqiq zərbə ilə tamamlayıb.. 37-ci dəqiqədə Jude Bellingemin ötürməsindən sonra Kilian Mbappe fərqi iki topa çatdırıb. Sezar pizza


İkinci hissədə də təzyiqi azaltmayan ev sahibləri 63-cü dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Mbappenin sayəsində hesabı 3:0 edib. Qonaqlar 80-ci dəqiqədə Manu Buenonun qolu ilə fərqi azaltmağa müvəffəq olsalar da (3:1), cəmi 2 dəqiqə sonra Yan Diomande matçda son nöqtəni qoyub.


Nazim Hacıyev



Telegram kanalımız