Türkiyə Süperliqasında çıxış edən "Amed SF" doğma azarkeşləri önündə "Eyüpspor"u qəbul edib.


“Yeni Sabah” xəbər verir ki, üstün oyun nümayiş etdirən meydan sahibləri rəqibini 5:1 hesabı ilə darmadağın edərək böyük qələbəyə imza atıblar.


Matç boyunca hücumda olduqca effektli təsir bağışlayan Diyarbakır təmsilçisi rəqib qapısına vurulan 5 qolla 3 xalı rahatlıqla aktivinə yazdırıb. Bu zəfər sayəsində "Amed SF" Süper Liqadakı məğlubiyyətsizlik seriyasını 8 oyuna çatdıraraq mövsümdəki uğurlu gedişatını davam etdirib. Pepperoni pizza


Ard-arda qazanılan xallarla diqqət çəkən komanda çempionatdakı mövqelərini daha da möhkəmləndirib və turnir cədvəlinin üst sıraları üçün iddiasını bir daha nümayiş etdirib.


Nazim Hacıyev



Telegram kanalımız