UEFA Çempionlar Liqası IV turun matçları oynalılıb.


“Yeni Sabah” xəbər verir ki, "Pari Sen-Jermen" səfərdə "Vilyarreal"ın qapısından 6 cavabsız top keçirərək turun ən böyük hesablı qələbəsini rəsmiləşdirib.


"Barselona" öz meydanında "Aston Villa"nı 3:0 hesabı ilə üstələyib, "İnter" səfərdə "Feyenoord"u eyni hesabla məğlub edib. pizza mizza


Türkiyə təmsilçisi "Qalatasaray" "RAMS Park"da Almaniyanın "Ştutqart" klubunu qəbul edib və azarkeşləri önündə inamlı oyunla 2:0 hesablı vacib qələbəyə imza atıb. Almaniyanın digər nəhəngi "Bayern Münxen" isə çətin keçən "Atletiko Madrid" səfərindən 2:0 hesablı qələbə ilə dönüb. Olduqca gərgin keçən qarşılaşmada "Mançester Yunayted" doğma meydanda "AS Roma"nı 3:2 hesabı ilə məğlub etməyi bacarıb.


Ötən gecə keçirilən matçların tam nəticələri:


"Qalatasaray" 2 – 0 "Ştutqart"


"Şaxtyor Donetsk" 0 – 1 "Sportinq Lissabon"


"Feyenoord" 0 – 3 "İnter"


"Budo-Qlimt" 0 – 0 "Lill"


"Atletiko Madrid" 0 – 2 "Bayern Münxen"


"Vilyarreal" 0 – 6 "Pari Sen-Jermen"


"Barselona" 3 – 0 "Aston Villa"


"Mançester Yunayted" 3 – 2 "AS Roma"


LASK 4 – 0 "Slovan Bratislava"


Nazim Hacıyev



Telegram kanalımız