Yeni ilin yaxınlaşması ilə insanlar artıq sevdikləri üçün uyğun hədiyyə axtarışına başlayıblar.


 


Sfera.az bildirir ki, son illərin satış statistikası, onlayn sifariş tendensiyaları və mağazaların sorğuları göstərir ki, 2025-ci ildə həm kişilər, həm də qadınlar üçün seçilən hədiyyələrdə müəyyən bənzərliklər olsa da, hər iki kateqoriyada özünəməxsus fərqlər qalmaqdadır.


 


Aşağıda bu il ən çox seçilən hədiyyələrin siyahısı təqdim olunur:


 


Qadınlar üçün ən çox alınan 10 hədiyyə:


 


Ətir və parfüm setləri - Qadınların dəyişməz favoritidir. Brend parfümlərə tələbat pik həddə çatıb.


 


Zərgərlik məmulatları - Sırğa, boyunbağı və qolbaqlar ən populyardır.


 


Kosmetik və dəriyə qulluq setləri - Üz kremi, serum və maska setləri 2025-də yüksək satışa malikdir.


 


Ağıllı saat və qolbaqlar - Yeni il kampaniyaları səbəbindən bu kateqoriyaya maraq artıb.


 


Çanta və aksesuarlar - Brend çantalar yenə lider mövqedədir.


 


Spa və gözəllik salonu hədiyyə kartları - Qadınların özünü qayğılandırma trendi bu hədiyyəni populyar edib.


 


Ev üçün dekor hədiyyələri - Minimalist şamlar, dekor fiqurları və tablolar. Kitablar - Xüsusən də psixologiya və motivasiya janrında.


 


Elektrotexnika - fen, saç düzləşdiricisi, “multistyler”


 


Romantik hədiyyə qutuları - Şokolad, şam, açıqca və mini aksesuarların olduğu şəxsi qutular.


 


Kişilər üçün ən çox alınan 10 hədiyyə:


 


Smartfonlar və elektronika - Bu il kişilərə ən çox alınan hədiyyə kateqoriyasıdır.


 


Ağıllı saatlar və idman elektron cihazları - Kişilər üçün top 3 hədiyyə.


 


Ətir - Klassik və universal seçim olaraq həmişə siyahıda yer alır.


 


Avtomobil aksesuarları - DVR kamera, parfüm, telefon tutacağı, LED işıqlar.


 


Geyim - Köynək, sviter, üst geyimləri yeni il endirimlərində liderdir.


 


Pulqabı və kəmər dəstləri


 


Qulaqlıq və “Bluetooth” akustik sistemlər


 


Saat (klassik və mexaniki) - Hər il ən çox sifariş olunan hədiyyələrdən biri olaraq qalır.


 


Hobbi üçün hədiyyələr: balıqçılıq ləvazimatı, idman əşyaları, oyun aksesuarları, termos və iş üçün aksesuarlar ofis işçiləri arasında ən çox seçilənlərdir.


 


2025-ci ilin hədiyyə seçimlərində diqqət çəkən əsas məqam praktiki, uzunmüddətli və texnologiya yönümlü məhsulların daha çox üstünlük qazanmasıdır. Onlayn alış-verişin artması isə fərdiləşdirilmiş hədiyyə qutularına və elektron cihazlara tələbatı daha da yüksəldib.


 


Firuzə Əliyeva


Sfera.az