ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlıq və kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini general-mayor Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.


 


Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.


 


Bildirilib ki, nümayəndə heyətinin səfərinin məqsədi 8 avqustda Ağ Evdə keçirilmiş sammitdə əldə olunan razılaşmaların dəstəklənməsidir.


 


Kris Makkini 30 noyabr – 3 dekabr tarixlərində Bakıda səfərdə olub. Səfər çərçivəsində general-mayor Makkini Müdafiə Nazirliyində və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib.