Prezident İlham Əliyevin Sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov  Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.


“Yeni Sabah” yeni rektorla bağlı maraqlı məqamları təqdim edir:


1971-ci il mayın 8-də Bakı şəhərində anadan olub.


1994-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.


1994-cü ildən BDU-nun Konstitusiya hüququ kafedrasında müəllim, 2006-cı ildən dosentdir.


1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasının Hazırlanması Komissiyasının işçi qrupunun üzvü olub.


2000-ci ildə Odessa Milli Hüquq Akademiyasında hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi işinin mövzusu “Azərbaycan Vətəndaşlıq İnstitutu” olub.


1996-2001-ci illərdə Avropa İnsan Hüquqları Mərkəzi (Bakı) Şurasının üzvü olub.


1997-ci ilin fevralından 2003-cü ilə kimi Xəzər Universitetində müəllimi işləyib.


2002-ci ildə (fevral-iyun) ABŞ-nin İndiana Universitetində elmi məzuniyyətdə olub.


2005-ci ildə (yanvar-avqust) Fulbrayt proqramı üzrə ABŞ-nin İndiana Universitetində elmi tədqiqat aparıb.


2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin olunub.


2008-2017-ci illərdə Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə qarşı Komissiyasının (ECRI) üzvü olub.


22 iyun 2010-cu ildə Prezidentin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.


Nazim Hacıyev



Telegram kanalımız