Naxçıvanın Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürlüyü 3 santimetr qeydə alınıb.


 


Sfera.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin saat 18:45-ə olan məlumatına əsasən, bölgədə hava şəraiti dəyişkən olmaqda davam edir.


 


Yüksək dağlıq ərazilərdə yağıntıların intensivləşməsi ehtimal edilir.


 


Hidrometeorologiya Mərkəzi sürücülərə və dağlıq ərazilərə səfər edən şəxslərə ehtiyatlı olmağı tövsiyə edir.