“Qarabağ ermənilərinə demişəm ki, onların qayıdışı qeyri-realdır”.
Sfera.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib:
“Əgər biz qayıdış gündəmini davam etdirsək, bu, “Qarabağ hərəkatı”nı yenidən başladacağımız anlamına gələcək. Mən artıq bildirmişəm ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik, bu bitib, onu dirçəltmək cəhdləri boş olacaq”.
Paşinyan vurğulayıb ki, Ermənistan Qarabağ məsələsinin həll olunmadığını bildirsə, bu, yeni müharibə anonsu demək olacaq:
“Qarabağ məsələsinin davam etməsi yeni müharibə, yeni qurbanlar, yeni çətinliklər, gözlənilməz nəticələrlə yeni blokada deməkdir. Qarabağ məsələsinin həll olunmadığını deyənlər, mahiyyət etibarilə Ermənistanın yeni müharibəyə başlamalı olduğunu deyirlər”.
Baş nazir Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığını qeyd edib.
İnci