Rusiya rəsmiləri Moskva üzərinə edilən genişmiqyaslı PUA hücumu barədə məlumat yayıb. Bildirilir ki, ümumilikdə 28 ukraynalı döyüş dronu Rusiya HHM sistemləri tərəfindən məhv edilib.
Sfera.az bildirir ki, məlumata görə, son 30 dəqiqə ərzində təxminən 12 PUA ard-arda vurulub.
Rəsmi qurumların açıqlamasında qeyd olunur ki, təhlükəsizlik məqsədilə Moskva səması tamamilə uçuşlara bağlanıb — sərnişin təyyarələrinin şəhər üzərindəki hava məkanına daxil olması dayandırılıb. Paytaxtın əsas hava limanlarında uçuş və eniş qadağaları, həmçinin xüsusi məhdudiyyətlər tətbiq edilib.