"Qarabağ" klubu dünya reytinqində üç pillə geriləyib.


 


Sfera.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.


 


187,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 65-ci sıraya düşüb.


 


"Sabah" (87,25 xal) 276-cı mövqedən 252-yə, "Zirə" (70,5 xal) 387-dən 360-a qalxıb.


 


"Araz-Naxçıvan" 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib.


 


Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.