Bu gün planetlərin düzümü bir çox bürcə güclü daxili impulslar, emosional yenilənmə və gözlənilməz situasiyalar gətirir. Ulduzlar həm şəxsi münasibətlərdə, həm də iş sahəsində diqqətli olmağı tövsiyə edir. 


 


Sfera.az bu günün qoroskopunu təqdim edir: 


 


Qoç 




Bugün Qoçlar üçün emosional yöndən qarışıq, lakin məhsuldar ola bilər. Enerji yüksəkdir, amma səbr tələb edən situasiyalar da mümkündür. İşdə ani qərarlardan qaçmaq məsləhətdir. Ailə ilə bağlı planlarda harmoniya mümkündür.


 


Buğa 


 


Buğalar üçün münasibətlər ön plana çıxır. Sevdiyiniz insanla daha açıq və səmimi ünsiyyət qurmaq mümkündür. Maliyyə məsələlərində yeni fürsətlər yarana bilər, lakin təfərrüatları diqqətlə yoxlamaq lazımdır.


 


Əkizlər 




Əkizlər üçün bu gün həm sosial, həm də iş yönümlü aktivlik gətirir. Yeni informasiyalar, təkliflər və maraqlı görüşlər ola bilər. Prioritetləri qarışdırmamaq üçün planlı hərəkət vacibdir.


 


Xərçəng 




Xərçənglər üçün emosional dərinlik yüksəlir. Keçmişlə bağlı düşüncələr güclənə bilər. Mümkündür ki, ailə içi vacib bir məsələni həll etmək üçün münasib vaxtdır. Sağlamlıqda yüngül yorğunluq mümkündür.


 


Şir 


 


Şirlər üçün gün dinamik və dəyişkən keçir. Sanki daxildən hərəkətə keçmək istəyirsiniz, lakin hansı istiqamətə yönələcəyinizdə tərəddüd yarana bilər. İş ortamında yeni məsuliyyətlər mümkündür.


 


Qız 


 


Qızlara bu gün daxili səslərinə qulaq asmaq tövsiyə olunur. Çevrənizdəki insanların planlarına deyil, öz intuisiyanıza güvənin. Sakit mühitdə işləmək daha məhsuldar olacaq.


 


Tərəzi 


 


Tərəzilər üçün bu gün münasibətləri gücləndirmək üçün ideal sayıla bilər. Danışıqlarda diplomatiya önə çıxır. İşdə isə balaca anlaşılmazlıqlar mümkündür, amma tez həll olunur.


 


Əqrəb 


 


Əqrəblər üçün gizli qalan məlumatların üzə çıxması mümkündür. İstər işdə, istər şəxsi həyatda intuisiya güclüdür. Sirlər açıldıqca qərarlar da aydınlaşacaq.


 


Oxatan 


 


Oxatanlar üçün bu gün kəskin enerjili keçə bilər. Tələskənlikdən uzaq durmaq lazımdır. Ulduzlar maliyyə məsələlərində ehtiyatlı olmağı tövsiyə edir. Sevgi sahəsində isə xoş sürpriz mümkündür.


 


Oğlaq 


 


Oğlaqlar üçün bu gün daha çox təmkin və səbr tələb edir. İşdə məsuliyyət artır. Ev və ailə məsələlərini yubatmamaq məsləhətdir. Axşam saatlarında rahatlıq gələcək.


 


Dolça 


 


Dolçalar üçün yenilik və yaradıcı ideyalar günü ola bilər. Sosial mühitdə yeni tanışlıqlar yarana bilər. Enerji dalğalanmaları olsa da, günün sonunda razı qalacağınız nəticələr görünür.


 


Balıqlar


 


Balıqlar üçün bu gün emosional duyarlılıq yüksəkdir. Ətrafınızdakı insanların davranışları sizə daha çox təsir edə bilər. Sakitlik, su içi fəaliyyətlər və meditasiya faydalıdır.




Fidan Hacızadə

Sfera.az