Astarada itkin düşən balıqçıların axtarışlarına helikopter cəlb edilib.


 


Sfera.az xəbər verir ki, dekabrın 9-u səhər saat 08 radələrində balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir.


 


Artıq FHN-ə məxsus helikopter də ərazidə axtarışlara başlayıb.


 


Qeyd edək ki, Xəzər dənizində qohum olan iki nəfər itkin düşüb. Onlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.