İrəvanda Qarabağ separatçılarının nümayəndəliyində axtarış aparılır.


 


Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb. 


 


Bildirilib ki, 2 saata yaxındır nümayəndəlikdə Ermənistanın İstintaq Komitəsinin əməkdaşları tərəfindən axtarış həyata keçirilir.


 


Məlumata görə, həmin əməkdaşlar məhkəmənin axtarışla bağlı qərarını təqdim edərək əməliyyata və sənədlərin götürülməsinə başlayıblar.