Dünyaca məşhur kolumbiyalı ulduz Şakira “Las Mujeres Ya No Lloran” dünya turu çərçivəsində “Buenos Airesdə” möhtəşəm konsert proqramı ilə çıxış edib. Argentina paytaxtındakı “Jose Amalfitani Stadionu”nda keçirilən və 45 min tamaşaçının izlədiyi konsertdə müğənni böyük sürprizə imza atıb.
Sfera.az xəbər verir ki, səhnəyə iki oğlu - Milan və Saşa ilə birlikdə çıxan Şakira “Acrostico” mahnısını ilk dəfə canlı olaraq övladları ilə səsləndirib. Zal bu anları alqışlarla qarşılayıb.
Müğənni həmin görüntüləri sosial media hesabında da paylaşıb. O, paylaşımında belə yazıb:
"“Buenos Aires, bizə ömür boyu unutmayacağımız bu an üçün təşəkkür edirəm. Övladlarımla birlikdə oxumaq və içlərindəki musiqini görmək möhtəşəm idi. Ailələrin birlikdə oxuması və qucaqlaşması isə xüsusi mənzərə idi”.
Qeyd edək ki, Şakira 2022-ci ilin iyununda xəyanət iddialarından sonra Barselonanın sabiq futbolçusu Cerar Pike ilə 11 illik münasibətlərini bitirdiyini açıqlamışdı. Cütlüyün Milan və Saşa adlı iki oğlan övladı var.
Bəsti Rəfizadə
Sfera.az