Sabunçu rayonu ərazisində yaşadıqları evdə oğul atanı ailə münaqişəsi zəminində qətlə yetirib.


 


Sfera.az xəbər verir ki, dekabrın 11-də axşam saatlarında 2006-cı təvəllüdlü Ayxan Vəlizadə atası 1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirib. O, aldığı xəsarətlərdən ölüb.


 


Polis cinayət əməlində şübhəli bilinən A.Vəlizadəni saxlayıb.


 


Araşdırma aparılır.