İsveç şahzadəsi Karl Filipin həyat yoldaşı, 40 yaşlı şahzadə Sofiya özünü iş adamı Ceffri Epşteyn ətrafındakı qalmaqalın mərkəzində tapıb. Kral ailə üzvü onunla təkcə tanış deyil, həm də müəyyən bir əlaqəsi olub.


 




Sfera.az bildirir ki, bu yaxınlarda evliliyindən əvvəl realiti-şou ulduzu və model olan şahzadə Sofiyanın Epşteynlə bir neçə dəfə görüşdüyü iddiaları ortaya çıxıb.


 


 


Yayımlanan elektron poçtlarda məhkum cinayətkar Ceffri Epşteynin şahzadəyə dəvətnamə göndərdiyi göstərilir. Dəvətnamədə iş adamının Karib adasına səfəri də yer alır.


 


 


İsveç şahzadəsi həyat yoldaşı ilə tanış olmazdan on il əvvəl, 2005-ci ildə bir neçə dəfə görüşüb.


 


 


İsveç qəzeti “Dagens Nyheter”ə görə, Epşteyn həmçinin həmin vaxt 21 yaşlı Sofiyaya və bir dostuna aktyorluq dərslərində yer təklif edib. Şahzadənin tanışlığında onun müəllimi və isveçli bir iş adamının iştirak etdiyi bildirilir.


 


 


"Bu, Nyu-Yorka yeni gələn aktrisa Sofiyadır. O, sizə danışdığım qızdır və düşündüm ki, onunla görüşmək istəyə bilərsiniz. Bəlkə tətilə getməzdən əvvəl görüşə bilərik?" deyə müəllimin 2005-ci ilin dekabrında Epşteynə yazdığı məktubda deyilir.


 


 


Buna cavab olaraq, iş adamı Karib dənizində olduğunu bildirib və Sofiyanın bir neçə günə gəlmək istəyib-istəmədiyini soruşub. Epşteyn, həmçinin ona bilet göndərməyi təklif edib.


 


 


İsveç kral ailəsi iddia edir ki, şahzadə Sofiya Epşteynin məşhur evinə dəvəti rədd edib. Lakin onlar şahzadənin qalmaqallı iş adamı ilə harada və hansı şəraitdə görüşdüyünü açıqlamaqdan imtina ediblər.


 


 


Eyni zamanda, kral ailəsi 2005-ci ildə bir neçə görüşdən sonra şahzadə Sofiyanın Epşteynlə heç bir əlaqəsi olmadığına əminlik verib.


 


Xatırladaq ki, noyabr ayında KİV Epşteynin keçmiş şahzadə Endryu və Sara Ferqyusona çox şey bildikləri üçün sui-qəsd planı qurduğunu bildirmişdi.


 


Aynil