Əksər uşaqların ən çox etdiyi “cinayət”i kompüterlərdə oyun oynayarkən təsadüfən valideynlərinin kredit kartlarından dollarların  çıxılması olub, Kris Kubeka məxfi FTB fayllarına daxil olmağı bacarıb.


 


 


Sfera.az bildirir ki, uşaq vaxtlarından texnologiyaya böyük maraq göstərən Kris məktəbdəki yeni kompüterləri mənimsəməyə vaxt itirməyib. 


 


 


Kris Kubeka 10 yaşında olanda onun məktəbi kitabxanada yeni kompüter sistemlərinin quraşdırılmasına imkan verən böyük bir qrant qazanıb.


 


 


Verdiyi müsahibədə qız gördüyü fayllar haqqında ilk təəssüratlarını bölüşüb: "Bu, bir oyun olmalı idi, çünki onların parolu cəmi dörd sıfır idi. Ona görə də mən bunun real fayllar olduğunu düşünmədim, çünki bu, çox asan parol idi."


 


Lakin, Krisin təsadüfən rastlaşdığı sirli faylların olduqca real və gizli FTB agentləri haqqında detalları əks etdiyi ortaya məlum olub.


 


Qız FTB sistemini sındırmağı bacarıb


 


Kris xəttin digər ucundakı kompüterin qoşulub-qoşulmadığını yoxlamaq üçün modemdən istifadə edərək internetə qoşulub. O zaman 10 yaşlı qız ona qoşulmağa və üzərində nə olduğunu görməyə çalışıb.


 


"O vaxtlar bir çox hallarda parol və ya giriş kodları yox idi və məsələn, başqasının kompüterində oyun oynaya, resept fayllarına və ya başqa bir şeyə daxil ola bilərdiniz"- deyə qız izah edib.


 


FTB məktəb kitabxanasına basqın etməzdən əvvəl Kris iki həftədən çox müddət ərzində fayllara daxil ola bilib.


 


"Əlbəttə ki, uşaqsan və səni polis bölməsinə aparmaq istəyən iki yetkin görüb qorxursan. Bundan sonra nə baş verəcəyini bilmirsən" - deyə o əlavə edib.


 


Cəza olaraq, Kris 18 yaşına çatana qədər əksər kompüter növlərindən istifadə etməyi qadağan edən inzibati sərəncam alıb. İndi o, leqal haker kimi çalışır və kibertəhlükəsizlik üzrə mütəxəssisdir.


 


Aynil