Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Dövlət Gömrük Komitəsində ( DGK) əməliyyat keçirilib.


 


Sfera.az-ın məlumatına görə, keçirilmiş əməliyyat nəticəsində  DGK-nın 7 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.


 


Lakin DGK-nın iki əməkdaşının - Tahir Tahiri və Əvəz adlı gömrük işçisinin  məsuliyyətdən yayınmaq üçün İrana qaçdıqları bildirilir.


 


Bakupost.az saytı yazıb ki, DGK-nın İrana qaçan əməkdaşı Tahir Tahiri xalq şairi Söhrab Tahirin oğludur.  


 


Xatırladaq ki, bu əməliyyat çərçivəsində Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da saxlanılıb./lent.az