Rusiyada gələn il kommunal xidmətlərin qiymətləri iki mərhələdə artırılacaq.
Sfera.az xəbər verir ki, ekspertlərin hesablamalarına görə, ümumi bahalaşma orta hesabla 18%-ə yaxın olacaq.
1 yanvar artımı — 1,7%
İlin əvvəlində bütün regionlarda tariflər 1,7% indeksləşdiriləcək. Bu artım xidmətlərin real qiymətlərinin dəyişməsi ilə bağlı deyil. ƏDV-nin 2% yüksəlməsi nəticəsində ümumi ödəniş bəndləri bahalaşır.
Əsas zərbə — 1 oktyabrda
İlin ikinci yarısında, yəni 1 oktyabrdan, kommunal tariflərdə əsas artım gözlənilir. Bu mərhələdə ödənişlərin nə qədər yüksələcəyi isə birbaşa regionlardan asılı olacaq.
Qeyd edək ki, əvvəlki illərdə kommunal xidmətlər adətən 1 iyulda indeksləşdirilirdi. 2026-cı ildən bu tarix dəyişdirilib. /musavat