Almaniyanın tanınmış idman brendi Puma Rusiyada iki yeni əmtəə nişanını rəsmi qaydada qeydiyyatdan keçirib. Söhbət puma təsviri olan loqolardan gedir və məlumat Rospatent bazasında yer alıb.


 


 


Sfera.az xəbər verir ki, Puma şirkəti Rusiyadakı fəaliyyətini 2022-ci ilin martında dayandırdığını elan etmişdi. Buna baxmayaraq, əmtəə nişanlarının qeydiyyatı üçün müraciətlər 26 avqust tarixində ABŞ-dan təqdim olunub.


 


 


Qeydiyyat idman geyimləri, trenajorlar, velosipedlər və dəri məmulatlarının istehsalını əhatə edir. Yeni əmtəə nişanları 10 il müddətinə – 2034-cü ilin avqustuna qədər qüvvədə olacaq.


 


Bu addım Pumanın Rusiyaya tam qayıdışı anlamına gəlmir. Daha çox, şirkətin bazarda uzun müddət iştirak etmədiyi şəraitdə brendin kopyalanmasının və hüquqların itirilməsinin qarşısını almaq məqsədi daşıyır..(musavat)