Bakıda itkin düşmüş şəxsin meyiti zavodun həyətində tapılıb.


 


Sfera.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.


 


Dekabrın 12-si saat 10 radələrində Binəqədi qəsəbə sakini 1991-ci il təvəllüdlü Taleh Şahid oğlu Fehruzlu yaşadığı evdən çıxıb, amma geri qayıtmayıb.


 


Araşdırmalarla onun dekabrın 14-ü saat 11 radələrində Binəqədi şosesində yerləşən Sərdarov adına zavodun həyətində elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.


 


Araşdırmalar davam etdirilir.