Prezident İlham Əliyev “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


 


Sfera.az sərəncamın mətnini təqdim edir:


 


“Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:


 


Müşahidə Şurasının sədri


Azərbaycan Respublikasının iqtisadiyyat naziri


 


Müşahidə Şurasının üzvləri:


Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini


Azərbaycan Respublikası maliyyə nazirinin müavini


Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini


Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktorunun müavini.