Məşhur amerikalı müğənni Taylor Svift yeni yayımlanan sənədli layihəsində İsrailə edilən istinadlara görə bəzi pərəstişkarların tənqidi ilə üzləşib.
Sfera.az xəbər verir ki, “Disney+” platformasında yayımlanan “Taylor Swift: The End of an Era” adlı sənədli serialda müğənninin “Eras Tour” turnirinin pərdəarxası məqamları əks olunub.
Lakin layihədə İsrailin iki ayrı səhnədə xatırladılması sosial mediada müzakirələrə səbəb olub. Tənqidlər sənədli filmdə yer alan səhnələrdən birində Taylor Sviftin konsert öncəsi onu gözləyən pərəstişkarların gəldiyi ölkələri sadalayarkən “Şotlandiya, İngiltərə və İsrail” ifadələrini işlətməsindən sonra başlayıb.
Sosial şəbəkə istifadəçilərinin bir qismi ölkə adları arasında yaranan qısa fasilənin İsrailin xüsusi olaraq vurğulanması təsiri yaratdığını bildirib və həmin hissənin montajdan çıxarıla biləcəyini irəli sürüb.
Bundan əlavə, sənədli filmdə İsrailin bir neçə dəfə xatırladılmasını “narahatedici” və “utancverici” kimi qiymətləndirən bəzi izləyicilər müğənnini “sionist ritorikaya meydan açmaqda” ittiham ediblər. Tənqidçilər həmçinin Taylor Sviftin İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı açıq mövqe sərgiləməməsini də gündəmə gətiriblər. Məsələ ilə bağlı Taylor Svift və ya onun rəsmi nümayəndələri tərəfindən indiyədək hər hansı açıqlama verilməyib.
Bəsti Rəfizadə
Sfera.az