Beynəlxalq miqrasiya prosesləri və readmissiya məsələləri dünya gündəmində aktual mövzu olaraq qalır. Azərbaycanda da bu proseslər diqqət mərkəzindədir. Çünki ölkəyə geri qaytarılan vətəndaşların sayı, onların hansı ölkələrdən readmissiya olunması və bu istiqamətdə aparılan hüquqi əməkdaşlıq, həm hüquqi, həm sosial, həm də humanitar baxımdan mühüm əhəmiyyət daşıyır.




Maraqlıdır ki, 2025-ci ildə neçə azərbaycanlı geri qaytarılıb və əsasən hansı ölkələrdən olub? 




Bu sual, həm vətəndaşların xaricdəki mövqeyini, həm də Azərbaycan hökumətinin beynəlxalq readmissiya sazişlərindəki rolunu göstərən mühüm göstəricidir.


 


Sfera.az mövzu ilə bağlı Dövlət Miqrasiya Xidmətinə sorğu ünvanlayıb.


 


DMX-dən saytımıza verilən cavabda bildirilib ki, Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində cari ilin 11 ayı ərzində 458 nəfər şəxsin ölkəyə readmissiyası həyata keçirilib. 


 


Qeyd olunub ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.


 


Firuzə Əliyeva

Sfera.az