Bakıda 1956-cı il təvəllüdlü Arif Böyükkişi oğlu İsmayılov artıq 3 aydır ki, itkin düşüb.


 


Sfera.az xəbər verir ki, yaxınları sentyabrın 3-dən Arif İsmayılovdan xəbərsizdir. O, Nizami rayonu ərazisində, Dəlallar parkı ətrafında itib.


 


Qeyd edilir ki, itkin düşən şəxsin yaddaş pozğunluğu və şüur çatışmazlığı var. Bu səbəbdən o, daha əvvəl də dəfələrlə evdən çıxaraq itkin düşüb və sonradan ölkənin müxtəlif bölgələrindən tapılaraq ailəsinə təhvil verilib. Lakin bu dəfə axtarışlar nəticəsiz qalıb və artıq 3 aydır ki, onun barəsində heç bir məlumat yoxdur.


 


Yaxınları bildirir ki, Arif İsmayılovun həyatı üçün ciddi narahatlıq var və onun tapılması üçün hər kəsdən kömək gözlənilir.


 


İtkin düşən şəxsi görən və ya onun barəsində hər hansı məlumatı olanlardan hüquq-mühafizə orqanlarına və ya ailə üzvlərinin 051 577 33 96 nömrəsinə məlumat vermələri xahiş olunur.musavat