Misli Premyer Liqasında XV turun son qarşılaşmasında "Neftçi" "Sumqayıt"ı qəbul edib.


 


Sfera.az xəbər verir ki, ukraynalı baş məşqçi Yuri Vernidubun rəhbərliyi ilə ilk oyuna çıxan “Neftçi” 2-0 hesabda öndə olduğu oyunda qələbəni əldən verib.


 


Qarşılaşma 2-2 hesabı ilə yekunlaşıb.


 


Turnir cədvəlində "Sumqayıt" 27 xalla üçüncü, "Neftçi" isə 17 xalla səkkizincidir.


 


Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" "Qəbələ"ni (1:0), "Qarabağ" isə "Araz-Naxçıvan"ı (5:1) məğlub edib. "İmişli" - "Karvan-Yevlax" matçında isə qalib müəyyənləşməyib -1:1.