Astroloq Olqa Maslova çox ağır bir il keçirən, lakin bütün pis sınaqları tezliklə geridə qoyacaq dörd bürcün adını çəkib. O, 2026-cı ildə bu bürcləri nə gözlədiyini ətraflı izah edib.
Sfera.az bildirir ki, doğum qrafikləri ilə ulduz falı yaratmaqla məşhur olan Olqa Maslova (eyni adlı bloqun müəllifi- (@astro_maslova) son 12 ay ərzində xüsusilə çətin vaxt keçirən, lakin tezliklə ulduzların xoş sürpriz vəd etdiyi bürcləri sadalayıb.
"2025-ci ilin karma ili olduğunu deyənlərə qulaq asmayın, çünki numerologiya və astrologiyaya görə karmik il 2024-cü il, 2025-ci il isə təmizlənmə ili idi. Zəhərli münasibətlərdən imtina edir, ehtiyac duymadığımız insanlarla münasibətlərə son qoyuruq. Uzun müddət özümüzə şübhə etdiyimiz işləri tamamlayırıq"- deyə Olqa Maslova bildirir.
Onun sözlərinə görə, 2026-cı il yeni bir enerji və tamamilə fərqlilik gətirəcək. Çünki gələn il Merkuri planeti tərəfindən idarə olunacaq.
"2026-cı ilə dəlicəsinə uyğunlaşmalı olan ilk iki bürc Əkizlər və Qızlardır. 2025-ci ildə daha çox karmik düyünlərinizin üzərində işləməli olduğunuz üçün çox təcrübə qazandınız. Şübhəsiz ki, 2025-ci ili heç vaxt unutmayacaqsınız, çünki o, sizi yeni bir səviyyəyə qaldırdı. 2026-cı il həyatı tam şəkildə yaşamaq üçün lazımdır"-deyə astroloq əlavə edir.
Dolça və Şir şanslı olacaqlar
Olqa Maslova həmçinin 2025-ci ildə böhran dövrləri yaşayan Dolça və Şir bürclərindən də bəhs edib:
"….çünki Pluton planeti geriləmə hərəkətində idi və yalnız oktyabr-noyabr aylarının sonunda yer dəyişməyə başladı".
"Sizə çox zərbə dəydi. İndi biz sizin xoşbəxtlik yolunda, düzgün yerdə olub-olmadığınızı, istədiyinizi edib-etmədiyinizi qiymətləndirməliyik ki, 2026-cı ildə nəhayət həyatınızı rahat yaşamağa başlaya biləsiniz. Düzünü desəm, əgər 2026-cı ildə hamiləlik planlaşdırırdınızsa, davam edin, yeni bir əmlak və ya maşın almaq planlaşdırırdınızsa, davam edin, kimləsə münasibət qurmaq istəyirdinizsə, bu, lap əladır. Qısası, sizin üçün 2026 hər şey üçün əla zamandır. Heç bir planınızı ertələməyin”-deyə Maslova yekunlaşdırır.
Aynil