Britaniyalı ağırçəkili ulduzlar Entoni Coşua və Tayson Fyuri çoxdan gözlənilən döyüşün şərtlərini razılaşdırıblar.


 


 


Sfera.az xəbər verir ki, “The Ring”in məlumatına görə, qarşılaşmanın 2026-cı ildə Səudiyyə Ərəbistanında keçiriləcək böyük boks layihəsi – “Riyadh Season” çərçivəsində baş tutması planlaşdırılır. Turnirin təşkilatçısı Turki Al-Şeyx olacaq.


 


 


Qeyd olunur ki, üz-üzə döyüşdən əvvəl hər iki boksçu bu layihə çərçivəsində ayrıca aralıq qarşılaşmalarda rinqə çıxmalıdır.


 


 


37 yaşlı Fyuri 2024-cü ildə Aleksandr Usikə ardıcıl iki məğlubiyyətdən sonra karyerasını başa vurduğunu açıqlamışdı. 35 yaşlı Entoni Coşua isə dekabrın 19-da rinqə qayıtmağa hazırlaşır. O, sentyabrda Daniel Dyubuaya nokautla uduzduqdan sonra ilk döyüşünü bloqer Ceyk Pola qarşı keçirəcək.publika