Keanu Rivzin rol aldığı "47 Ronin" filminin rejissoru Karl Erik Rinş “Netflix”dən 11 milyon dollar mənimsəməkdə günahkar bilinib. Rinşin bu pulu beş Rolls-Royce və bir Ferrari də daxil olmaqla lüks alış-verişlərə xərclədiyi aşkar edilib.
Sfera.az bildirir ki, məşhur ror ötən cümə axşamı dələduzluq və çirkli pulların yuyulması da daxil olmaqla çoxsaylı ittihamlarla məhkum edilib.
Onun vəkili Benjamin Zeman apelyasiya şikayəti verərək qərarın qüsurlu olduğunu iddia edib. Zeman bildirib ki, bu qərar dünyanın ən böyük media şirkətlərindən biri ilə müqavilə və yaradıcı mübahisələri olan sənətçilər üçün riskli bir presedent yarada bilər ki, bu da potensial olaraq bu cür mübahisələrdə federal fırıldaqçılıq ittihamlarına səbəb ola bilər.
İddialara görə, Rinş, sonradan “Conquest” adlandırılan elmi fantastika serialı “White Horse”u tamamlamaq üçün “Netflix”dən 11 milyon dollar alıb, lakin bu məbləğin yarısından çoxunu müxtəlif investisiyalarda itirib. Pulun bir hissəsini kripto aktivlərinə yatırdığı iddia edilən Rinşin, “Rolls-Royce” və “Ferrari”, eləcə də 652.000 dollar dəyərində saat və geyim, 638.000 dollar dəyərində çarpayı və 295.000 dollar dəyərində yataq dəsti alıb. Həmçinin, onun 1,8 milyon dollar kredit kartı borcunu ödədiyi iddia edilir. Məhkəmənin aprel ayında keçirilməsi, həbs cəzasının və ya cərimənin bu məhkəmə iclasında elan edilməsi gözlənilir.
Aynil