Türkiyə Hərbi Hava Qüvvələri ölkənin hava məkanına daxil olan naməlum pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Hadisə 15 dekabr 2025-ci il tarixində Qara dəniz üzərində baş verib.




Sfera.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı yaydığı rəsmi məlumatda bildirib ki, Türkiyə hava məkanında icazəsiz uçuş edən PUA-nın izi aşkarlanıb.


 


Aparılan müşahidələr nəticəsində PUA-nın nəzarətdən çıxdığı müəyyən edilib.


 


F-16 qırıcıları dərhal havaya qalxaraq PUA-nı yaşayış məntəqələrindən uzaq ərazidə vuraraq məhv ediblər.