Kamçatka ərazisində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsinin məlumatında deyilir.


 


Seysmik hadisə Petropavlovsk-Kamçatskidən 227 km məsafədə baş verib. Zəlzələnin episentri 74,7 km dərinlikdə yerləşib.