ABŞ ordusu Latın Amerikası narkotik kartellərinə qarşı quru əməliyyatlarına başlayacaq.


 


 


Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.


 


 


Tramp dəniz nəqliyyatı ilə ABŞ-a narkotik qaçaqmalçılığının 94% azaldığını açıqlayıb.


 


 


"Biz onlara quruda hücum etməyə başlayacağıq ki, bu, açığı, daha asandır. Lakin onlar Amerika Birləşmiş Ştatları üçün birbaşa hərbi təhlükə yaradırlar. Onlar ölkəmizi narkotiklərlə doldurmağa çalışırlar", - deyə Ağ Ev rəhbəri qeyd edib.