Braziliyanın “Kruzeyro” futbol klubu baş məşqçisi Leonardu Jardim ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.


 


Sfera.az bildirir ki, portuqaliyalı mütəxəssis bu ilin fevral ayından etibarən komandanın sükanı arxasında idi. Onun rəhbərliyi altında “Kruzeyro” ölkə çempionatını üçüncü pillədə başa vurub.


 


Qeyd edək ki, 51 yaşlı Jardim daha əvvəl Fransanın “Monako”, Portuqaliyanın “Braqa” və “Sportinq”, eləcə də Səudiyyə Ərəbistanının “Əl-Hilal” klublarında çalışıb.