Biləsuvarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.


 


Sfera.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.


 


Bildirilib ki, Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq 7 saylı hava xəttində dekabrın 16-da təmir işləri aparılacaq:


 


“Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırmandalı kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


 


Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.