Braziliyanın “Kruzeyro” komandasının baş məşqçisi Leonardu Jardim istefaya göndərilib.


 


Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.


 


Məşqçi fevraldan komandanı idarə edib.


 


“Kruzeyro” 51 yaşlı mütəxəssisin rəhbərliyi altında ölkə çempionatını üçüncü pillədə yekunlaşdırıb.


 


Xatırladaq ki, Jardim Fransada “Monako”, Portuqaliyada “Braqa”, “Sportinq”, Səudiyyə Ərəbistanında “Əl-Hilal” kimi komandaları da çalışdırıb.