İş adamı Məzahir Hüseynova məxsus milyonluq mülklər müsadirə olunub.


 


Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, söhbət İsmayıllı rayonu Ticran kəndində yerləşən 5 müxtəlif ictimai-iaşə obyektindən gedir.


 


Bunların sırasına “Zəngəzur Harmony” hoteli də daxildir. Üçmərtəbəli sözügedən hotelin satış qiyməti 2 milyon 380 min manat dəyərləndirilib.


 


İş adamının istirahət kompleksinin daxilində yerləşən və müsadirə olunan əmlaklarından digərlərinin qiyməti isə 2.8 milyon və 1 milyon 220 min manatdır. Dövlət hərracında satılacaq digər iki obyektin qiyməti isə 800 min manat civarındadır.


 


Hərrac gələn il yanvarın 8-də keçiriləcək.