Azərbaycan Premyer Liqasında 16-cı turun daha bir oyunu keçirilib.


 


“Qafqazinfo” xəbər verir ki, “Karvan-Yevlax” Yevlaxda “Neftçi”ni qəbul edib.


 


Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


 


Qeyd edək ki, turun daha əvvəl reallaşan oyununda “Turan Tovuz” “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.


 


14:00. “Karvan-Yevlax” - “Neftçi” - 1:2 


 


Qollar: Araz Abdullayev, 45+8-pen. (1:0), Bassala Sambu, 61 (1:1), Emin Mahmudov, 90+7-pen. (1:2)


 


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev 


 


VAR: Elçin Məsiyev


 


AVAR: Zöhrab Abbasov


 


Yevlax şəhər stadionu