Qış aylarında günəş şüalarından kifayət qədər faydalanmamaq D vitamini çatışmazlığını geniş yayılmış sağlamlıq probleminə çevirir. 


 


Sfera.az xəbər verir ki, mütəxəssislər bildiriblər ki, bu çatışmazlıq səhərlər yorğun oyanma da daxil olmaqla bir sıra ciddi əlamətlərlə özünü göstərə bilər.


 


Soyuq hava şəraiti ilə əlaqədar insanların daha çox qapalı məkanlarda vaxt keçirməsi, orqanizmin D vitamininin əsas mənbəyi olan günəş işığından məhrum qalmasına səbəb olur. Bu isə xüsusilə qış mövsümündə D vitamini səviyyəsinin aşağı düşməsi riskini artırır.


 


D vitamini sadəcə vitamin deyil, orqanizm üçün həyati əhəmiyyət daşıyan hormonlardan biridir.




Səhərlər yorğun oyanmaq, əzələ və oynaq ağrıları, əzələ qıcolmaları, tez-tez virus infeksiyalarına yoluxma və bu infeksiyaların ağır keçməsi D vitamini çatışmazlığının əlamətləri ola bilər. Eyni zamanda əhval-ruhiyyə dəyişiklikləri və depressiv hallar da bu vəziyyətə müşayiət oluna bilər.


 


D vitamininin ən effektiv və əlçatan mənbəyi günəşdir. Bununla yanaşı, somon, ton balığı, palamut, yumurta sarısı və D vitamini ilə zənginləşdirilmiş süd məhsullarının da qida rasionunda yer almalıdır.




Həddindən artıq D vitamini qəbulu qanda kalsiumun artmasına, hiperkalsemiyaya səbəb ola bilər. Bu isə ürəkbulanma, qusma, qarın ağrıları və böyrək daşı kimi problemlərlə nəticələnə bilər.


 


D vitamini əlavələrinə başlamazdan əvvəl mütləq qan analizi aparılmalı, müalicə yalnız həkim tərəfindən müəyyən edilməlidir. 




D vitamini yağda həll olunan vitamin olduğu üçün yağlı qidalarla birlikdə qəbul edildikdə daha yaxşı sorulur.


 


Qeyd edək ki, həkimlər D vitamini çatışmazlığının vaxtında aşkar olunmasının və düzgün müalicə edilməsinin ümumi sağlamlığın qorunmasında mühüm rol oynadığını bildiriblər.




Bəsti Rəfizadə

Sfera.az