Ömrü Sultani kimi tanınan bloger Tünzalə Sultanovanın öldüyü iddia olunur.
Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, sosial mediada edilən paylaşımlarda bildirilib ki, Tünzalə Sultanovanın boğaz nahiyəsində zob aşkar edilib və tibbi müayinələr zamanı onun bədxassəli şiş olduğu müəyyən olunub.
Ötən gün onun əməliyyat edildiyi və vəziyyəti ağırlaşaraq komaya düşdüyü qeyd edilib. Onun "EGE Hospital"da vəfat etdiyi iddia olunub.
***
Sosial şəbəkə hesablarında Ömrü Sultani kimi tanınan bloqer Tünzalə Sultanovanın vəfat etməsi ilə bağlı yayılan məlumatların yalan olduğu üzə çıxıb.
Bu barədə blogerin reklam siması olduğu geyim mağazası məlumat verib.
Mağazadan verilən məlumata görə, Tünzalə Sultanovanın ölüm xəbəri yalandır, həqiqəti əks etdirmir:
"Ölümü ilə bağlı məlumatları yalandan yayıblar. Belə bir hadisə olmayıb".