FIFA Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna yeni futbolçuların qeydiyyatını qadağan edib.


 


Qadağanın səbəbi klubun Aymerik Laportun “Mançester Siti”dən transferi ilə bağlı ödənişin bir hissəsini vaxtında etməməsidir.


 


Məlumata görə, təxminən 9 milyon avro məbləğində borc 31 avqusta qədər ödənilməli idi.


 


Sözügedən məbləğ ödənildiyi anda transfer qadağası dərhal ləğv olunacaq. (Offsideplus.az)