Oğuzda mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var.


 


Sfera.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


 


 


Hərəkətdə olan "Mercedes-Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.


 


İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


 


Faktla bağlı araşdırma aparılır.