Neftçala rayon sakini Axundov Şəhriyar Yaşar oğlu Ukraynada gedən müharibədə itkin düşüb.
Sfera.az-ın məlumatına görə, bu barədə hərbi ekspert Tofiq Şahmuradov bildirib.
Məlumata görə, Y.Axundov həbsxanadan azad edilərək Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynadakı döyüşlərə qatılıb.
Daha bir Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub.
Əslən Quba rayonundan olan Vüsal Fuad oğlu Əsgərov isə Rusiya ordusu sıralarında Ukraynaya qarşı aparılan döyüş əməliyyatlarında həyatını itirib.