Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.


 


Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata əsasən, Nikol Paşinyan dekabrın 21-22-də Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.


 


Sfera.az xəbər verir ki, səfər çərçivəsində Baş nazir dekabrın 21-də Sankt-Peterburq şəhərində keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.


 


Dekabrın 22-də isə Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşünün keçirilməsi planlaşdırılır.