Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


 


Sfera.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.


 


İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Çinarə Hüseynova və 1992-ci il təvəllüdlü Habil Mustafayev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.


 


Faktla bağlı araşdırma aparılır.