Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

 


Sfera.az xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gəlib.

 


Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

 


nəticədən sonra "Araz-Naxçıvan" 26 xalla altıncı, "Şamaxı" 20 xalla səkkizincidir.

 


Günün ilk matçında "Qarabağ" "Qəbələ"ni 2:1 hesabı ilə üstələyib.


 


Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq. Daha əvvəl "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib.




"Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.