İlin ən yaxşı futbolçusu kim seçilsə, fərq etməz, hər biri özümüzünküdür. Ola bilsin ki, Bəhlul daha stabil çıxış etdi. Elvin Cəfərquliyevin də çox yaxşı oyunları oldu.


 


Sfera.az-ın Teleqraf-a istinadən məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.


 


53 yaşlı mütəxəssis “2025-ci ilin ən yaxşı futbolçusu” adına namizəd olaraq kimi gördüyü ilə bağlı suala belə cavab verib:


 


“Bu barədə düşünməmişəm. Yerli futbolçuların hamısını görürəm. Kiminsə adını çəksəm, bəlkə də yanlışa yol vermiş olaram”.