ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyanın Ukraynadakı münaqişənin həllinə tam sadiq olduğuna əminliyini ifadə edib.
Sfera.az xəbər verir ki, o, 20-21 dekabr tarixlərində Florida ştatının Mayami şəhərində keçirilən Rusiya-ABŞ məsləhətləşmələrindən sonra 21 dekabrda “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir.
Qeyd edək ki, sözügedən məsləhətləşmələrdə Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev iştirak edib. Amerika tərəfini isə Stiven Vitkoffla yanaşı, ABŞ Prezidentinin kürəkəni, sahibkar Cared Kuşner və Ağ Evin köməkçisi Coş Qrunbaum təmsil edib.
Onu da xatırladaq ki, Kirill Dmitriyev daha əvvəl jurnalistlərə açıqlamasında Mayamidə Ukrayna mövzusu ətrafında aparılan Rusiya-ABŞ danışıqlarını pozmaq cəhdlərinin nəticəsiz qaldığını bildirib. Onun sözlərinə görə, bütün təzyiqlərə baxmayaraq, məsləhətləşmələr konstruktiv müstəvidə davam edib.
Niyaz Hacıyev
Sfera.az