Fransa büdcə qeyri-müəyyənliyinə və dövlət xərcləri ilə bağlı danışıqların təxirə salınmasına baxmayaraq, genişmiqyaslı hərbi proqramın başlanmasını təsdiqləyib.
Sfera.az “Bloomberg”ə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron donanmanın modernləşdirilməsi və milli iqtisadiyyatın dəstəklənməsi məqsədi daşıyan böyük bir müdafiə layihəsinin başlandığını təsdiqləyib.
O bu barədə Əbu-Dabidə fransız hərbçiləri ilə danışanda deyib. O, layihənin ölkənin büdcə qeyri-müəyyənliyinə baxmayaraq, iqtisadiyyatı və təxminən 80%-i kiçik və orta müəssisələr olan 800-ə yaxın təchizatçını birbaşa dəstəkləyəcəyini qeyd edib. Proqram mövcud "Şarl de Qoll" təyyarədaşıyanını əvəz etmək üçün hazırlanmış “PANG” adlı yeni nəsil təyyarədaşıyan gəmiyə yönəlib. Fransa hərbi planlaşdırma qanun layihəsinin müddəalarına əsasən, gəminin 2038-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Layihədə “Naval Group” da daxil olmaqla bir neçə sənaye şirkəti iştirak edir.
Firuzə Əliyeva
Sfera.az